Böyük Britaniyanın baş naziri Tereza Mey baş nazir vəzifəsində qalıb-qalmayacağı ilə bağlı söz-söhbətlərə son qoymağa çağırıb.
anews.az-ın Report-a istinadən məlumatına görə, bu barədə "ITV" telekanalı xəbər verir.
"Mənim gələcəyim haqqında bir çox versiyalar var, amma bu vəzifədə uzun müddət qalacam", - deyə o bildirib.
Daha əvvəl bildirilib ki, "Independent" nəşri üçün sorğunun nəticələrinə görə, britaniyalıların, demək olar, yarısı baş nazir Tereza Meyin siyasətindən narazıdırlar. Qeyd olunur ki, rəyi soruşulanların yarısı hesab edir ki, bir halda ki, çoxları onun siyasətindən narazıdır, Mey 2022-ci il seçkilərinə qədər vəzifəsində qala bilməyəcək.
Rəyi soruşulanların yalnız 29 faizi onu hakimiyyətdə görmək istəyirlər, respondentlərin 45 faizi onun erkən istefasını istəyirlər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !