Terror aktı: 400 nəfər yaralandı

12:46 | 07.08.2015
Terror aktı: 400 nəfər yaralandı

Terror aktı: 400 nəfər yaralandı

Əfqanıstanın paytaxtı Kabulda əfqan ordusunun kəşfiyyat idarəsinin binası üzərinə bomba yüklənmiş avtomobil sürülüb, partlayış nəticəsində 400 nəfərin yaralandığı bildirilir.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin mətbuat katibi Vahidullah Mayar hadisənin gecə saatlarında baş verdiyini deyib.

Bəzi yaralıların vəziyyətinin ağır olduğunu deyən Mayar "yaralı və ölənlərin hamısı sıravi vətəndaşlardır. aralarında qadın və uşaqlar da var" - məlumat verib.

Kabul Polis İdarəsinin rəisi Əbdül Rəhman Rahimi açıqlamasında qeyd edib ki, paytaxtın Şah Şəhid bəlgəsində baş verən terror aktı zamanı 8 nəfər həlak olub. 

Əfqanıstan daxili işlər nazirinin köməkçisi Eyyub Salangi "Twitter" üzərindən yaydığı açıqlamada hadisəni terror aktı olaraq dəyərləndirib.

Amma aktı öz üzərinə götürən qruplaşma hələ ki, yoxdur.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM