• $
  • €
  • ₽
  • ₺
  • £

Terror təşkilatlarına qoşulmaqda təqsirləndirilən şəxsdən XƏBƏR VAR!

Terror təşkilatlarına qoşulmaqda təqsirləndirilən şəxsdən XƏBƏR VAR!
28.11.2020 09:57
Azərbaycandan kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etməkdə təqsirləndirilən Vəliyev Faliq Qalib oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Anews.az xəbər verir ki, cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baxılacaq.

Hazırlıq iclası dekabrın 10-a təyin edilib.

Rəsmi məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən xarici xüsusi xidmət orqanlarının nəzarəti altında Azərbaycan Respublikası vətəndaşlarının seçilərək onlara ölkə hüdudlarından kənarda radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə hərbi təlimlərin keçirilməsi, şəxsiyyətləri gizlədilərək müxtəlif adlarla digər dövlətlərin ərazisindəki hərbi əməliyyatlara cəlb olunmaları barədə toplanılmış materiallar əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılan cinayət işi üzrə hazırda istintaq-əməliyyat tədbirləri aparılır.

Araşdırmalar nəticəsində, Azərbaycan Respublikasının vətəndaşı Vəliyev Faliq Qalib oğlunun ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə terrorçuluq cinayət əməllərinin törədilməsi üsulları, odlu silahlardan, partlayıcı maddələrdən və qurğulardan, eləcə də digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə ilə əlaqədar hazırlıq keçməsinə, xarici xüsusi xidmət orqanları tərəfindən kəşfiyyat-təxribat xarakterli təlimlərə cəlb edilməsinə, fərdi ləqəb altında ölkə hüdudlarından kənarda ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faliq Vəliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 218.2 (cinayətkar birlikdə (təşkilatda) iştirak etmə), 12.3, 214-3.1-ci (terrorçuluq məqsədi ilə Azərbaycan Respublikasından kənarda təlim keçmə) və 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarış elan edilib.
Faliq Vəliyevin Rusiya Federasiyasının ərazisinə keçdikdən sonra gizləndiyi yer müəyyən edilmiş və o, beynəlxalq axtarışa dair qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində saxlanılaraq 2020-ci il avqustun 27-də Azərbaycan Respublikasına ekstradisiya olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə XİN-dən Anım Günü ilə bağlı paylaşım
Siyasət 10:57
Türkiyə XİN-dən Anım Günü ilə bağlı paylaşım
İlham Əliyev və Mehriban Əliyeva Zəfər parkını ziyarət ediblər
Siyasət 10:22
İlham Əliyev və Mehriban Əliyeva Zəfər parkını ziyarət ediblər
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
Siyasət 00:02
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib
Siyasət 13:48
Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib
Azərbaycan infrastruktur investisiyalarını beynəlxalq layihələrə yönəldəcək
Siyasət 10:23
Azərbaycan infrastruktur investisiyalarını beynəlxalq layihələrə yönəldəcək
Azərbaycan data mərkəzləri üzrə aparıcı şirkətlərlə fəal danışıqlar aparır - Əliyev
Siyasət 09:40
Azərbaycan data mərkəzləri üzrə aparıcı şirkətlərlə fəal danışıqlar aparır - Əliyev
Azərbaycan tranzit yükdaşımalarını ən azı 56% artırmağı planlaşdırır
Siyasət 09:21
Azərbaycan tranzit yükdaşımalarını ən azı 56% artırmağı planlaşdırır
Azərbaycan data mərkəzləri üçün yeni elektrik ötürmə xətləri quracaq - Prezident
Siyasət 09:10
Azərbaycan data mərkəzləri üçün yeni elektrik ötürmə xətləri quracaq - Prezident
Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - Canlı
Siyasət 09:04
Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - Canlı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol