Terrorçular 4 nəfəri qaçırdı

12:11 | 25.07.2015
Terrorçular 4 nəfəri qaçırdı

Terrorçular 4 nəfəri qaçırdı

Türkiyədə hökm sürən gərgin vəziyyət davam edir. Ötən gün də qonşu ölkədə terror hücumlarısız ötüşməyib. 

ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, PKK terror rəşkilatı üzvləri bir gündə 4 nəfəri qaçırıblar. 

Bunlardan biri polisdir. İstanbulda çalışan polis məmuru ailə ziyarətindən qayıdarkən Diyarbakır-Bingöl yolunda hücuma məruz qalıb. PKK terrorçuları onun həyat yoldaşı və övladını sərbəstə buraxıb. 

Digər qaçırılma halı isə Ərzurumda baş verib. Bu şəhərdə terrorçuların qurbanları təcili tibbi yardım briqadası olub. 

Gecə saatlarında Diyarbakırın Bismil rayonunda bombalı hücum olub. Hücum zamanı 7 polis əməkdaşı yaralanıb. 

Qardaş ölkədə terrorla mübarizə əməliyyatları iyul ayının 20-də Şanlıurfada baş verən hadisədən sonra daha da güclənib. Belə ki, Suruc rayonunda kamikadzenin özünü partlatması nəticəsində 32 nəfər həlak olub. Ölənlər Kobaniyə yardıma gedən gənclər olub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM