"Terrorla mübarizədə müsəlman ölkələrinin bizə dəstək olması vacibdir”

22:33 | 19.01.2015

"Terrorla mübarizədə müsəlman ölkələrinin bizə dəstək olması vacibdir”

Avropa Birliyinə (AB) daxil olan ölkələrin Xarici İşlər nazirləri terrorla mübarizədə əməkdaşlığı genişləndirmək üçün Ərəb Birliyinin baş katibi Nəbil Əl Ərəbiyə ilə toplantı keçirib.

ANN.Az Axar.az-a istinadən xəbər verir ki, AB Xarici İşlər üzrə ali nümayəndəsi Federika Moqerini terrora qarşı mübarizə aparmaqla yanaşı islama da hörmət etmək məcburiyyətində olduqlarını deyib:

"Terror hücumları dünyadakı çoxlu müsəlmanı hədəf alır. Buna görə də, bir ittifaqda birləşmək lazımdır və bu problemlərlə üzləşməmək üçün dialoqa ehtiyacımız var".

Moqerini onu da qeyd edib ki, qarşılıqlı hörmət AB-nin əsas dəyərlərindən biridir: "Məncə, bu günlərdə dünyanın bir çox bölgəsində yaşananlara çox diqqətli baxmalıyıq və terrora qarşı birgə mübarizə aparmalıyıq. Əvvəlcə bütün Ərəb ölkələrilə və eyni zamanda öz içimizdə terrora qarşı mübarizəni gücləndirməliyik".

 Yığıncaqda iştirak edən İngiltərə Xarici İşlər naziri Flip Hammond çıxışında terrordan ən çox müsəlman ölkələrinin əziyyət çəkdiyini bildirib: "Terrordan ən çox zərər çəkən müsəlman ölkələridir. Həm o ölkələr ki, onlar AB-yə üzv ölkələri qorumaq üçün yaxından səy göstərir".

Almaniya Xarici İşlər naziri Frank Valter Ştaynmayer isə terrorla mübarizədə müsəlman ölkələri ilə birlikdə çalışmağın vacibliyini vurğulayıb: "Terrorla mübarizədə müsəlman ölkələrinin bizə dəstək olması vacibdir”.

İspaniya Xarici İşlər naziri Xose Manuel Qarsia da alman həmkarının fikirləri ilə razılaşdığını, terrorla mübarizədə əsas səyi islam ölkələrinin göstərməli olduğunu deyib: "Avropa ölkələri isə onlara maliyyə və digər sahələrdə dəstək verməlidir”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti