ANN.Az BBC-yə istinadən xəbər verir ki, "Boko Haram" Nigeriyanın Baga kəndində 2 min adam öldürüb və kəndəki terrorla bağlı şahidlər media nümayəndələrinə danışıb.
"Guardian" qzəetinin əməkdaşı Monika Mark qırğından canlarını qurtaran kənd sakinləri ilə danışıb. Kəndlilər əvvəl terrorçuları tanımadıqlarını, onları dövlətin əsgəri sandıqlarını deyib.
Şahidlərdən biri "5 kənddədn keçdim, 5-i də cəsədlə dolu idi" - deyib.
Beynəlxalq Əfv Təşkilatının açıqlamasına görə, bu ay Baga və Doran Baga kəndlərində 3 min 700 kəndli terror səbəbilə qaçqın düşüb. Hazırda Nigeriyanın şimali-qərbi terrorçularn nəzarəti altında olduğu üçün nə dövlət, nə də beynəlxalq müşahidəçilər əraziyə daxil ola bilmir.
Beynəlxalq təşkilatın nümayəndəsi öz açıqlamasında bildirib ki, terrorçular adi vətəndaşları qarışqa öldürürmüş kimi mıhv edir. Onlar hətta uşaq kamikadzelərdən belə istifadə etməkdən çəkinmirlər.
Beynəlxalq Əfv Təşkilatı Baga və Doron Baga kındlərində baş verən qətliamı "Boko Haram"ın ən böyük və ən ölümcül aktı hesab edib.
Kənddən qaçmağı bacaran şəxslərdən biri küçələrdə yüzlərlə insan cəsədinin olduğunu deyib: "Mən qaçırdım, amma arxamda güllə səsləri eşidirdim, onlar hələ də öldürürdülər. Mən balaca uşaqların, hamilə qadınların da öldürüldüyünü, meyitlərinin küçələrdə qaldığını gördüm".
Başqa bir şahid qadın isə "Boko Haram"ın 2-7 yanvar tarixlərində gerçəkləşdirdiyi terror aktı zamanı 300-ə qədər qadının əsir götürüldüyünü deyib: "Bizi Baga kəndindəki məktəb binasında saxladılar. 4 gün sonra yaşlı qadınları, balaca uşaqları olan qadınları və uşaqları buraxdılar. Amma gənc qızları özləri ilə apardılar".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !