• $ 1.7
  • € 1.9286
  • ₽ 0.020859
  • ₺ 0.044
  • £ 2.2683

“Tərtər işi”ndə bəraət alan daha 2 hərbçiyə təzminat veriləcək

“Tərtər işi”ndə bəraət alan daha 2 hərbçiyə təzminat veriləcək
02.06.2023 10:27
"Tərtər işi” üzrə bəraət almış daha iki hərbçiyə təzminat ödəniləcək.

"Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, bu barədə Nəsimi Rayon Məhkəməsi qərar qəbul edib.

Məhkəmə bəraət alan Nasif Əliyev və Nicat Rzayevin iddialarını qismən təmin edib.

Qərara əsasən, Nicat Rzayevə mənəvi ziyana görə 66 min manat, maddi ziyana görə 58 min 849 manat təzminat kəsilib.

Nasif Əliyev yalnız maddi ziyanla bağlı iddia qaldırıb. Ona 70 min manat təzminat ödənilməsi qərara alınıb.

İddiaçılar dəymiş ziyana görə daha yüksək məbləğdə təzminat tələb etsə də, cavabdeh qismində tanınmış Maliyyə Nazirliyi tələbləri qəbul etmir. Etiraz belə əsaslandırılır ki, Maliyyə Nazirliyinin hərəkətləri nəticəsində iddiaçılar zərər çəkməyib. Bundan əvvəl üç bəraət almış hərbçiyə təzminat kəsilib, Maliyyə Nazirliyi həmin qərarlardan apellyasiya şikayəti verib.

Leytenant Nasif Əliyev və gizir Nicat Rzayev 2017-ci ildə "Tərtər işi” ilə bağlı həbs olunublar. Dövlətə xəyanət və digər oxşar maddələrlə ittiham edilən hərbçilər 17 ildən 20 ilə kimi azadlıqdan məhrum ediliblər. Ötən ilin sonunda hər ikisi bəraət alıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Armenia Airways barred from operating flights for six months
Dünya 12:30
Armenia Airways barred from operating flights for six months
Abbas Əraqçi Ər-Riyad və Dohaya səfər edəcək
Dünya 11:58
Abbas Əraqçi Ər-Riyad və Dohaya səfər edəcək
Olimpiya məşəli noyabrın 26-da Yunanıstanda alovlandırılacaq
Dünya 09:00
Olimpiya məşəli noyabrın 26-da Yunanıstanda alovlandırılacaq
Zelenski ilə Tramp arasında telefon danışığı baş tutub
Dünya 08:50
Zelenski ilə Tramp arasında telefon danışığı baş tutub
Almaniyada fövqəladə vəziyyət rejimi tətbiq edilə bilər
Dünya 23:13
Almaniyada fövqəladə vəziyyət rejimi tətbiq edilə bilər
Türkiyədə 126 nəfər toyuq ətindən zəhərlənib
Dünya 22:43
Türkiyədə 126 nəfər toyuq ətindən zəhərlənib
Meksika körfəzinin adı dəyişdirilir
Dünya 22:12
Meksika körfəzinin adı dəyişdirilir
Estoniya Gürcüstan üçün vizasız rejimi ləğv edib
Dünya 21:50
Estoniya Gürcüstan üçün vizasız rejimi ləğv edib
ABŞ Britaniya avtomobillərinə rüsumları azaldacaq
Dünya 21:40
ABŞ Britaniya avtomobillərinə rüsumları azaldacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol