“Tərtər işi”ndə həlak olanların yaxınları etiraz edir

22:22 | 03.02.2023
“Tərtər işi”ndə həlak olanların yaxınları etiraz edir

“Tərtər işi”ndə həlak olanların yaxınları etiraz edir

"Tərtər işi”ndə həlak olanların yaxınları yenidən bu işdə kobud və kütləvi qanun pozuntuları ilə bağlı məsələ qaldırıb və kütləvi işgəncələrə icazə verənlərin, əsassız hökm çıxaranların hələ də cəzalandırılmamasından narazılıqlarını bildiriblər. Onlar bu barədə  "İşgəncələrə Qarşı Araşdırma Mərkəzi”ndə keçirdikləri mətbuat konfransında bildiriblər. 

Qohumlar işgəncələrin təfərrüatlarından və istintaq orqanlarının qanunsuz hərəkətlərindən danışıblar.

Valideynlər Prezident İlham Əliyevi Tərtər işi ilə bağlı ittihamlara yenidən baxmağa çağırıblar.

2016-cı ilin aprel döyüşlərindən sonra bir qrup hərbçi dövlətə xəyanətdə ittiham olunub.

Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər nazirliklərinin birgə bəyanatında hərbçilərin Ermənistanın xeyrinə casusluq etdiyi bildirilir.

Lakin 2019-cu ildə 2017-ci ilin may-iyun aylarında saxlanılan 100-dən çox əsgər və zabitin işgəncələrə məruz qaldığı məlum olub.

25 hərbçi uzun müddətə azadlıqdan məhrum edilib, daha 9 nəfər işgəncə nəticəsində həlak olub.

Daha sonra təqsirləndirilənlərdən bəziləri bəraət alıb, işgəncələrə görə məsuliyyət daşıyanlar həbs edilib. Qanunsuz məhkum olunmuşların bəraət alması prosesi davam edir. Ötən il oktyabrın 5-də məhkəmələr 16, dekabrın 6-da isə daha 19 nəfərə bəraət hökmü çıxarıb.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb