Tərtərdə ağır yol qəzası baş verib

18:07 | 16.04.2024
Tərtərdə ağır yol qəzası baş verib

Tərtərdə ağır yol qəzası baş verib

Bu gün Tərtərdə bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Qafqazinfo” xəbər verir ki, hadisə Bərdə-Ağdam avtomobil yolunun Tərtərin Hüsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

1989-cu il təvəllüdlü İsrafil Həsənovun idarə etdiyi "VAZ-2107” markalı minik avtomobili ilə 1975-ci il təvəllüdlü Rövşən Əliyevin idarə etdiyi "BMW” markalı minik avtomobili toqquşub.
 
Hadisə nəticəsində hər iki sürücü xəsarət alıb. "VAZ-2107”nin sürücüsü xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
 
Faktla bağlı Tərtər RPŞ-də araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb