Tərtərlə Suqovuşanı birləşdirən yol yaxın günlərdə istifadəyə veriləcək

15:04 | 30.11.2020
Tərtərlə Suqovuşanı birləşdirən yol yaxın günlərdə istifadəyə veriləcək

Tərtərlə Suqovuşanı birləşdirən yol yaxın günlərdə istifadəyə veriləcək

İşğaldan azad olunmuş ərazilərdə minalardan təmizləmə işləri intensiv şəkildə həyata keçirilir və ilk növbədə, humanitar dəhlizlər yaradılır.


Anews.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov bu gün keçirilən brifinqdə deyib.


O qeyd edib ki, hazırda Tərtərlə Suqovuşanı birləşdirən yolun minalardan təmizlənməsi işləri aparılır və indiyə qədər bu yolun 10 kilometrindən 8 kilometri təmizlənib. Onun sözlərinə görə, yaxın 2-3 gün ərzində yolun minalardan təmizlənib istifadəyə verilməsi nəzərdə tutulur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb