Tərxis olunan generallarla bağlı ŞOK QƏRAR

10:12 | 08.05.2014
Tərxis olunan generallarla bağlı ŞOK QƏRAR

Tərxis olunan generallarla bağlı ŞOK QƏRAR

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bir müddət əvvəl ordudan tərxis olunan bir qrup generalı “Usta dərəcəsi”ndən məhrum edib. AzNews.az-a daxil olan məlumata görə, bu barədə əmri Zakir Həsənov verib və səbəb kimi isə onların xidmət zamanı nöqsanlara yol verildiyi göstərilib.

Ehtiyatda olan generallardan biri bu xəbəri təsdiqləyərək, bildirib ki, yüksək rütbəli zabitlərin “Usta dərəcəsi”nin alınması ədalətsilikdir: “İlk növbədə bu xidmət zamanı əldə olunan nailiyyətdir. Bunun üçün Silahlı Qüvvələrin komissiyası qarşısında hərbi nəzəriyyə, idman və döyüş hazırlıqları üzrə imtahanlarda iştirak etmişik. İllər ərzində bir neçə istiqamət üzrə verilən imtahanların yekunu olaraq, zabitlərə, yəni bizə “Usta dərəcəsi” verilib”.Etirazını bizimlə bölüşən ehtiyatda olan general əlavə edib ki, “Usta dərəcəsi”nin vəzifə səlahiyyəti və birbaşa xidmətlə heç bir əlaqəsi yoxdur. Yəni xidmətdə olan istənilən zabit bu dərəcələri qazanmaq üçün müvafiq vaxtlarda imtahanda iştirak edə bilər.Bizimlə - orduda uzun illər xidmət edən, silahlı qüvvələrin quruculuğunda az-çox əməyi olan Azərbaycan generallarına qarşı belə cılız hərəkət düzgün deyil və Müdafiə Nazirliyinə başucalığı gətirmir. İkicisi, bu, qanun pozuntusudur. Həmin dərəcələr imtahan verə bilmədikdə azaldıla bilər. Bizsə imtahanda iştirak etməmişik”.

Adının çəkilməsini istəməyən general deyib ki, bu dərəcənin alınması həm də onların təqaüdlərinin azalması deməkdir: “Bizə qarşı belə cılız hərəkətlər başadüşülən deyil. Hər şeyin bir əndazəsi var. Ümumiyyətlə, generalların o şəkildə tərxis edilməsi düzgün deyildi. Gərək nazir generalları şəxsi heyət qarşısından hörmətlə yola salardı. Axı bizim xidmətlərimiz olub. Bunu etmədilər. Hələ bu azmış kimi dərəcəmizi də alırlar”.

Bununla bağlı Müdafiə Nazirliyinin mövqeyini öyrənmək üçün qurumun mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Vaqif Dərgahlı AzNews.az-a bildirdi ki, təxris olunan generalların dərəcələrinin alınması ilə bağlı məlumatı yoxdur. O, deyib ki, bu cür xəbərlər tamamilə əsassızdır və təxribat xarakteri daşıyır.Xatırladaq ki, Zakir Həsənovun müdafiə naziri vəzifəsinə təyinatından sonra sabiq nazir, general-polkovnik Səfər Əbiyev başda olmaqla 8 general - Silahlı Qüvvələr Baş Qərargahının Təşkilat-Səfərbərlik İdarəsinin sabiq rəisi, general-leytenant Yaşar Aydəmirov, Müdafiə Nazirliyi Baş İnspeksiyasının rəisi, general-mayor Məmməd Beydullayev, Rabitə İdarəsinin rəisi, general-mayor Fazil Aşumov, Müdafiə Nazirliyinin Arxa Cəbhə İdarəsinin rəisi, general-mayor Piri İsrafilov, Silahlı Qüvvələrin Hərbi Akademiyasının sabiq rəisi, general-mayor Nəcəf Qəmbərov, Nazirliyin Hərbi Təhsil və Təlim İdarəsində çalışan general-mayor Elman Qənbərov (keçmiş xüsusi idarə rəisi) və tibb xidməti general-mayoru Dağlar Abdullayev (Müdafiə Nazirliyinin Hərbi Tibb İdarəsinin sabiq rəisi) Silahlı Qüvvələrdən ehtiyata göndəriliblər.  ANN.Az 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM