2019- cu ildə Azərbaycanın təhsil tarixində də böyük dəyişiklik olacaq. 26 ildən sonra ali məktəblərə qəbul olmaq üçün keçirilən test imtahanı ləğv olunacaq. Bu barədə Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə məlumat verib.
Onun sözlərinə görə, bu il kurikulum əsasında təhsil alan şagirdlər 2 ildən sonra XI sinifdə təhsil alacaq və onların biliyinin qiymətləndirilməsi fərqli formada keçirilməlidir: "İki il sonra keçiriləcək buraxılış və qəbul imtahanlarında dəyişikliklər edilməsi nəzərdə tutulub”.
Sözügedən tarixi dəyişikliklə bağlı təhsil məsələləri üzrə ekspert Kamran Əsədov "Qafqazinfo” ya açıqlama verib.
O xatırladıb ki, 1992-ci ildən ali məktəblərə qəbul imtahanları test imtahanı formatından istifadə olunmaqla həyata keçrilir: "Artıq eyni səpkili üsuldan istifadə əmək bazarının tələblərini ödəmir. Hesab edirəm ki, ilk növbədə, məzmun və formanı fərqləndirməliyik. Formal olaraq bu, test imtahanı sistemidir. Belə imtahanın əsas üstünlükləri insan faktorundan asılılığının minimal olmasıdır. Bu, Azərbaycan kontekstində böyük üstünlükdür.
Bununla da obyektivlik təmin edilir. Lakin artıq yenilik lazımdır. 2008-2009-cu tədris ilindən Azərbaycan orta məktəbləri kurikulum standartlarına keçib. Bu sistemdə oxuyan məktəblilər əvvəlkilərin əldə etdikləri bilik və bacarıqlara görə fərqlənirlər. İndiyə qədər qəbul imtahanlarında qapalı, yəni cavab variantları olan test tapşırıqlarından istifadə olunurdu. Lakin 2010-cu ildən sonrakı nəticələri təhlil etdikdə görürük ki, bu artıq özünü doğrultmur. Buna görə də təhsil sistemimizdə qiymətləndirmədə məzmun standartlarını ölçmək üçün yeni alətlərin istifadəsinə ehtiyac yaranıb”.
Qəbul imtahanlarında uğurlu məzun üçün tələb olunan bir sıra bilik və kompetensiyaları ölçmək qabiliyyətinə malik olan test olacaq. Bunun üstün tərəfləri var. Çünki bizim məzunların nitq, problemli situasiyadan çıxış kimi imkanları məhduddur. Danılmazdır ki, test imtahanının forması əmək bazarında tələb olunan müasir, uğurlu məzunun bir sıra kompetensiyalarını ölçmək qabiliyyətinə malik olmadığını görürük. Ali məktəbə qəbul olan abituriyentlər yazı yaza bilmir, şihafi nitqi yoxdur. Onların yazılı və şifahi nitqinin inkişafı vacibdir”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !