Planlaşdırılan tətil səbəbindən İtaliyada yüzlərlə aviareys təxirə salınıb.
Bu barədə "Associated Press” məlumat yayıb.
Milli aviadaşıyıcı "ITA” əksəriyyəti daxili, lakin bir neçəsi Madrid, Amsterdam və Barselona kimi Avropa istiqamətlərinə olan 133 uçuşu ləğv etdiyini bəyan edib.
Büdcə aviaşirkətləri "Ryanair” və "Vueling” yerli vaxtla səhər saat 10:00-dan 18:00-a qədər tətil səbəbiylə onlarla uçuşu ləğv edib. Tətil edənlər arasında pilotlar, stüardessalar, baqaj və hava limanının işçiləri var.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !