Texnologiya milyarderinin adlarını açıqlandı

22:55 | 07.08.2015
Texnologiya milyarderinin adlarını açıqlandı

Texnologiya milyarderinin adlarını açıqlandı

ABŞ-ın "Forbes” jurnalı yeni "Ən zəngin 100 texnologiya milyarderi”nin  siyahısını təqdim edib. "Report” xəbər verir ki, jurnalın araşdırmasına görə, "Microsoft”un qurucusu Bil Qeyts (Bill Gates) 79,6 mlrd. dollarlıq sərvəti ilə yenə də birinci olub.

B.Qeytsi 50 mlrd. dollarlıq sərvəti ilə "Oracle”ın qurucusu Lari Elison (Larry Ellison) izləyir. Üçüncü yeri isə "Amazon”un hissələrindəki artım səbəbilə sərvəti (47,8 mlrd. dollar) birdən-birə 13 mlrd. dollar artan Cef Bezos (Jeff Bezos) tutub. 

"Facebook”un qurucusu Mark Tsukerberq (Mark Zuckerberg) isə 41.2 mlrd. dollarlıq sərvəti ilə sonrakı sıradadır. Onu "Google”un qurucuları Lari Peyc (Larry Page) və Sergey Brin izləyir - müvafiq olaraq 33,4 mlrd. dollar bə 32.8 mlrd. dollar.

Qeyd edək ki, 100 nəfərlik siyahıda 51 ABŞ şirkəti və rəhbərləri yer alıb. Siyahıya Asiyadan 33, Avropadan isə 8 adam daxil edilib. Jurnalın araşdırmasına görə, 100 texnologiya milyarderinin sərvətlərinin ümumi dəyəri 842,9 mlrd. dollara çatır. Zənginlər siyahısında iştirak etmək üçün xalis sərvət ən az 2 mlrd. dollar olmalıdır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti