Amerikan psixoloqlar dərnəyi son zamanlar dünyanı əsir edən “Selfie” (telefonla öz şəklini çəkmək) şəkillər paylaşmağın tam olaraq ruhi pozğunluq olduğunu açıqlayıb.
Ailem.az-ın məlumatına görə, psixoloqlar bu ruhi pozğunluğu “selfitis” olaraq adlandırıb.
Psixoloqlara görə, “Selfie” çəkdirmək özünəinam əskikliyinin ifadəsidir.
Öz şəkilini çəkib sosial şəbəkələrdə paylaşmaq eyni zamanda obsessiv-kompulsiv pozğunluğun əlamətidir.
Psixoloqlar bu ruhi pozğunluğun 3 səviyyəsini elan edib.
1. “Borderline selfitis” (həddində) – İnsanın öz şəkilini gündə ən az 3 dəfə çəkməsi ancaq sosial şəbəkədə paylaşmaması.
2. “Acute selfitis” (orta həddə) - İnsanın öz şəkilini gündə ən az 3 dəfə çəkməsi və hər bir şəkili sosial şəbəkədə gündə 3 dəfə paylaşması.
3. “Chronic selfitis” (xoniki) – İnsanın öz şəkilini gün ərzində dəfələrlə çəkməsi və bu şəkilləri gündə 6 dəfədən çox sosial şəbəkələrdə paylaşması.
Psixoloqlara görə, bu xəstəliyin müalicəsi hələ müəyyən olunmasa da insanların bu asılılıqlarına nəzarət etmələri ilə bunun qarşısını almaq mümkündür.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !