Ötən gün koronovirusdan vəfat etdiyi açıqlanan xalq artisti, Prezident təqaüdçüsü Teymur Mustafayevin ailəsi bildirir ki, mərhum sənətkar koronavirusdan ölməyib.
Xalq artistinin nəvəsi Orxan Həsənli babasının koronovirusdan yox, şəkər xəstəliyindən dünyasını dəyişdiyini açıqlayıb:
"Mən Teymur Mustafayevin nəvəsiyəm. Babamın koronovirusdan öldüyü yalan məlumatdır. Babam şəkərli diabetdən dünyasını dəyişib. Başqa məlumatlara inanmayın”.
Qeyd edək ki, Teymur Ağaxan oğlu Mustafayev iyunun 11-də 82 yaşında vəfat edib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də T.Mustafayevin koronavirusdan öldüyünü açıqlayıb.
Dəfn mərasimində məhdud sayda insan (xalq artistinin yaxın ailə üzvləri) iştirak edib.(musavat.com)
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !