Teymur Rəcəbov Rusiya Xalq Artistinin qızı ilə nişanlandı - FOTOLAR

12:57 | 25.11.2021
Azərbaycan şahmat millisinin üzvü Teymur Rəcəbov Rusiyanın Xalq Artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakova ilə nişanlanıb. 

"Qafqazinfo” xəbər verir ki, bu barədə Maksakova İnstaqram hesabında paylaşıb. Xalq Artisinin nəvəsi fotonun üzərinə "FİDE dünya çempionatında nişanlımla” şərhini yazıb. 

Daha sonra Rəcəbov özü də nişanlısının paylaşımını "repost” edərək məlumatı təsdiqləyib. 

Teymur Rəcəbov 2011-ci ildə SOCAR-ın Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun qızı Elnarə Nəsirli ilə ailə qurub.  Bir müddət əvvəl isə cütlük boşansa da, bu barədə mətbuatda heç bir məlumat dərcl olunmayıb. Onların Məryəm adlı bir övladı var. 




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM