Təyyarə qəzası nəticəsində ölənlərin sayı 141 nəfərə çatdı

09:00 | 01.07.2015
Təyyarə qəzası nəticəsində ölənlərin sayı 141 nəfərə çatdı

Təyyarə qəzası nəticəsində ölənlərin sayı 141 nəfərə çatdı

Həlak olanlardan 34 nəfərin şəxsiyyəti müəyyənləşib

İndoneziyada "C-130B Hercules" tipli hərbi-nəqliyyat təyyarəsinin Medan şəhərində yaşayış evi və otelin üzərinə düşməsi nəticəsində ölənlərin sayı 141 nəfərə çatıb.

"Report" xəbər verir ki, həlak olanlardan 34 nəfərinin şəxsiyyətini müəyyən etmək mümkün olub, lakin onların cəsədləri hələ ki, qohumlarına verilmir.

Hazırda məlumdur ki, "Hercules"in göyərtəsində 101 sərnişin və 12 heyət üzvü olub. Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin havaya qalxdıqdan sonra texniki nasazlıqla üzləşdiyi bildirilir.

Təyyarə Medan şəhərində insanların sıx olduğu əraziyə düşüb, dərhal sonra partlayıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM