Təyyarə qəzasında 15 azərbaycanlı sağ qalıb

10:37 | 26.12.2024
Təyyarə qəzasında 15 azərbaycanlı sağ qalıb

Təyyarə qəzasında 15 azərbaycanlı sağ qalıb

AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğrması nəticəsində sağ qalan 27 vətəndaşın 15-i azərbaycanlıdır. Bu barədə Ombusdman aparatının yaydığı məlumatda deyilir.  
 
"Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələ ki, müəyyən edilməyib. Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan, Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarəti altındadır. Onlara operativ və ixtisaslaşmış tibbi və psixoloji yardımın göstərilməsi təmin edilib", - məlumatda deyilir. 
 
Baş verən hadisə ilə əlaqədar Azərbaycan Respublikasının, Qazaxıstan Respublikasının, Rusiya Federasiyasının, eyni zamanda, Rusiya Federasiyası Çeçenistan Respublikasının ombudsmanlarının iştirakı ilə birgə işçi qrup yaradılıb.
 
Son məlumatlara görə, təyyarədə olan 67 sərnişinin 42 nəfəri Azərbaycan vətəndaşı olub. 
 
Gülnar Nazimqızı 
 


 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti