Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğramasını araşdıran Qazaxıstanın hökumət komissiyası 30 gün ərzində işin ilkin nəticələrini təqdim edəcək.Bu barədə komissiyanın üzvü, Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev məlumat verib.
Onun sözlərinə görə, hazırda qəza baş verən ərazidə araşdırma aparılır:
"Standartlara görə, təhqiqatın ilkin və ya aralıq nəticələri 30 gün ərzində elan edilir. Hazırda araşdırmanın sahə mərhələsi gedir, yəni təyyarənin parçaları, qəza yerindən izlər toplanır və bütün bunlar Aktau hava limanında xüsusi təşkil olunmuş anqarda yığılır”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !