“Malaysia Airlines” aviaşirkəti Ukraynada təyyarə qəzasında ölən sərnişinlərin vətəndaşlıqları barədə ilkin açıqlama yayıb. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, “Boeing 777” təyyarəsinin göyərtəsində 154 Niderland Krallığının vətəndaşı, 27 Avstraliya, 23 Malayziya, 11 İndoneziya vətəndaşı, habelə 6 Britaniyalı, 4 Almaniya, 4 Belçika vətəndaşı, 3 filippinli və 1 Kanada vətəndaşı olub. Dəqiqləşdirilmiş məlumata görə, qəza zamanı təyyarədə 3-ü uşaq olmaqla 283 sərnişin və 15 ekipaj üzvü olub. Bundan əvvəl bir sıra KİV-i təyyarənin göyərtəsində 280 sərnişinin olduğunu, onlardan 80 nəfərin uşaq olduğu barədə məlumat yaymışdılar. Digər sərnişinlər barədə barədə hələ ki, məlumat yoxdur.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !