Təyyarədə “əl-Qaidə” təhlükəsi

11:16 | 29.10.2014
Təyyarədə “əl-Qaidə” təhlükəsi

Təyyarədə “əl-Qaidə” təhlükəsi

Amerika Birləşmiş Ştatları (ABŞ) təyyarə sərnişinlərindən birinin zarafatı hamını qorxuya salıb. ANS PRESS-in məlumatına görə, ABŞ-ın Los Anceles şəhərindən Londona uçması planlaşdırlan təyyarədə sərnişinlərdən birinin etdiyi “Wi-Fi” zarafatına görə saatlarla apronda qalmalı olub. Bu barədə “Mirror” qəzetində xəbər yer alıb. “American Airlines” təyyarəsindəki sərnişinlərdən biri “Əl-Qaidə ödənişsiz terror şəbəkəsi” adlı bir şəbəkə adı görüb. Qalxmadan əvvəl pilotlara bu xbərin çatdırılması ilə uçuş təxirə salınıb. Bütün sərnişinlərdən elektronik cihazlarını bağlamaq tələb edilib. Pilot sərnişinlərə təhlükəsizliklə bağlı şübhə olduğunu və buna görə də uçuşun baş tutmayacağını söyləyib. Təhlükəsizlik işçiləri, “Wi-Fi hotspot”unun adını Əl-Qaidə olaaq dəyişdirən şərnişini tapa bilməyib, lakin uçuşa icazə verilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM