Təyyarədə qəhvə və çay içmək olmaz - Alimlərdən xəbərdarlıq

20:30 | 06.12.2018
Nyu-Yorkun Hanter kollecinin professoru Çarlz Platkin bildirib ki, təyyarədə çay və qəhvə içmək insan orqanizmi üçün təhlükəlidir.

"Ölkə.Az” xəbər verir ki, alim bu barədə "New York Post” nəşrinə müsahibə verib.

Avia laynerlərin göyərtəsində verilən içkilərin tərkibində insan orqanizmi üçün təhlükəli bakteriyalar ola bilər. Çünki su üçün nəzərdə tutulmuş sisternlər lazımi səviyyədə təmizlənilmir. Təyyarələr hava limanına endikdən sonra sisternləri heç kəs təmizləmir. Çünki buna vaxt qalmır. Sadəcə sisternləri su ilə yenidən doldururlar. Suyun dibində olan çöküntülər yenə də sisternlərdə qalır”, - deyə alim bildirib.
Bağırsaq çöpü kimi mikroorqanizmlərdən ehtiyat edən sərnişinlər təyyarədə çay və qəhvə içməməlidir. Professor eyni zamanda məsləhət görüb ki, təyyarədəki tualetdən istifadə etdikdən sonra dezinfeksiya etmək lazımdır.

Hanter kollecinin mütəxəssisləri təyyarələrdəki qidanı analiz ediblər. Bundan başqa alimlər 11 avia şirkətin əməkdaşı arasında su sisternləri barədə sorğu keçiriblər.

www.anews.az