Türkiyədə İstanbul – Brüssel reysi ilə hərəkət etməyə hazırlaşan təyyarədə iki dostun zarafatlaşması polis bölməsində baş çatıb.
ANS PRESS-in məlumatına görə, "Türk Hava Yolları”na (THY) aid təyyarə yerli vaxtla 19.15-də Brüsselə hərəkət etməyə hazırlaşarkən türkiyəli 2 sərnişin öz aralarında, təyyarədə bomba var – deyərək zarafat ediblər. Bunu eşidən stüardessa eşitdikləri barədə pilota məlumat verib. Pilot isə polis çağıraraq təyyarədə bomba axtarışı tələb edib. Polisin gəlməsi ilə 128 sərnişin təxliyyə olunub və təyyarədə axtarış aparılıb. Heç bir təhlükəli əşya tapılmayan təyyarə 2 saat 7 dəqiqəlik gecikmə ilə Brüsselə yola düşüb. İfadələri alınmaq üçün polis bölməsinə aparılan 2 sərnişin isə azadlığa buraxılsalar da təyyarəyə çatmayıblar.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !