Təyyarəni vuran texnika Rusiyaya qaçırıldı - MÜƏMMA

16:00 | 18.07.2014
Təyyarəni vuran texnika Rusiyaya qaçırıldı - MÜƏMMA

Təyyarəni vuran texnika Rusiyaya qaçırıldı - MÜƏMMA

Ukrayna səmasında sərnişin təyyarəsini vuranlar izi itirmək üçün raket qurğusunu ölkə ərazisindən çıxarıblar. 
AzNews.az-ın məlumatına görə, bunu Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Qeraşenko deyib. 
O bildirib ki, separatçılar zenit-raket qurğusu olan “Buk”u Rusiyaya keçiridiblər. Təyyarənin “qara qutu”su isə Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarına verilib. 
A.Qeraşenko deyib ki, bu məlumatların Ukrayna kəşfiyyatı tərəfindən əldə edilib: “Son məlumata görə, “Buk” Rusiyada məhv ediləcək. Bu terroru törədənlər də aradan götürüləcək. Təyyarənin “qara qutu”su isə Luqanskda saxlanılır. Bunun özü də məsələdən Rusiya prezidenti Putinin xəbərdar olmasını göstərir”. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti