Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan təyyarə havada olarkən çöldən üç dəfə zərbəyə məruz qalıb. Bunu həmin təyyarədə olan bələdçi Zülfüqar Əsədov Anews.az-a müsahibəsində deyib.
"Təyyarənin içərisinə çöldən 3 dəfə zərbə dəydi. İkinci zəbə isə mənim qoluma dəymişdi. Orada olan dəsmalla qolumu sıxdım ki, qan çox getməsin", - o bildirib.
Bələdçi Qroznıya havanın qatı duman olması səbəbindən enə bilmədiyini açıqlayıb.
"Qroznı hava limanına çatanda heç yer görünmədiyi üçün yerə enmək mümkün olmurdu. Pilot 3 dəfə havaya qalxıb yenidən enməyə cəhd etsə də, bu alınmadı. Buna görə də başqa hava limanına getmək qərarı alındı. Bütün hadisələr də bundan sonra başladı", - o bildirib.
Zülfüqarov təyyarənin niyə suya yox quruya enməsinə də münasibət bildirib.
"Hesab edirəm ki, təyyarə suya düşsə idi o param parça olacaqdı. Ona görə Pilot qərar verdi ki, quruya ensin. Çox çalışdılar təyayrəni havada saxlayıb eniş nöqtəsinə çatdırısınlar. Əgər təyyarə bütöv yerə dəysəydi hər kəs ölə bilərdi. Təyyarə ya arxası üstə ya da ön hissəsi üstə enməli idi. Pilot da bunun ön hissəsi üstə enməsinə qərar verdi. Təyyarə düşən kimi baş hissəsi qopdu və uzağa düşdü. Mən tez qapını açıb sərnişinlərə kömək etməyə çalışdım", - bildirib.
Günar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !