Bərdə rayonunda yerləşən "Təzə bazar"da ölüm hadisəsi baş verib.
Anews.az-ın "Report"a istinadən məlumatına görə, 1965-ci il təvəllüdlü Tahir Qasım oğlu Ağayev anidən yıxılıb və yerindəcə keçinib. Onun ürək çatışmazlığından öldüyü ehtimal edilir.
T.Ağayev bazarda kababçı işləyirmiş.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !