İngiltərənin məşhur "The Economist" jurnalı Qərb ilə Putin arasında olan gərgin münasibətlər barədə maraqlı bir yazıyla çıxış edib.
ANN.Az xəbər verir ki, jurnalın iddiasına görə, Putinin əsl hədəfi BMT və NATO-dur. Çünki Qərb bu təşkilatlarla daha böyük təhlükə yarada bilər. Putin bu kimi təşkilatlanmaların geniş yayılmasının qarşısını almaq istəyir.
İplər Putinin əlindədir
"The Economist" jurnalı Rusiya prezidenti Putinin Qərb ilə döyüşünü əks etdirən məqalə fotosunda Putinin ipləri əlində tutan tərəf olduğunu göstərib. Avropa və Amerikadan gələn sanksiyalara və ölkənin yaşadığı çətinliklərə baxmayaraq, Putin tərəfdən bu məsələyə baxdıqda qalib tərəfin Rusiya olduğu bildirilir.
Kremlin müzakirəsiz Kralı
Jurnalın verdiyi məlumatda bildirilir ki, düşmənlərinin hələ də mübarizə aparmasına baxmayaraq, Putin Kremlin müzakirəsiz kralı olduğunu hər kəsə göstərdi.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !