• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

The Financial Times: Avropa İttifaqı Azərbaycan ilə əməkdaşlıq etmək istəyir

The Financial Times: Avropa İttifaqı Azərbaycan ilə əməkdaşlıq etmək istəyir
25.02.2015 14:50
Avropa İttifaqı Rusiyanın "Cənub axını” qaz-boru layihəsindən imtina etdiyi üçün Azərbaycan, Türkmənistan və Əlcəzair ilə əməkdaşlıq etmək istəyir, The Financial Times yazır.

Daha öncə, energetika üzrə Avropa komissarı Maroş Şefçoviç, 2030-cu ildə yaradılacaq Energetika İttifaqı layihəsini fevralın 25-də Brüsseldə təqdim edəcək.

Sənədin qaralama variantlarına müvafiq olaraq, Aİ bütün mövcud xarici siyasət alətlərini, alternativ enerji təchizatçıları, o cümlədən Azərbaycan, Türkmənistan və Əlcəzair ilə strateji energetik əməkdaşlıq qurmaq üçün istifadə edəcək, məqalədə deyilib.

Şefçoviç bəyan edib ki, Avropa İttifaqına diversifikasiya labüddür. Düşünürəm ki, Avropa həqiqətən hər yay qarşıdan gələn qışı necə atlayacağını düşünməkdən yorulub. Dünyanın iri iqtisadiyyatı XXI əsrdə belə məsələlərdən çəkinməməlidir”,- avrokomissar FT-a verdiyi müsahibədə bildirib.

Şefçoviçin sözlərinə görə, Rusiya Aİ üçün "çox vacib təchizatçı” kimi olaraq qalacaq, amma onun nüfuzu azalacaq. "Məncə Xəzər dənizi regionu ölkələri (ixrac) marşrutlarını nə dərəcədə diversifikasiya etmək istəyirlərsə, biz də öz energetik mənbələrimizi o dərəcədə diversifikasiya etmək istəyirik”, - avrokomissar vurğulayıb. "Ümumi maraq mövcuddur. Avropa böyük, vaxtında, həm də stabil valyutada ödəmələr edən, aldatmayan, heç bir oyun oynamayan, çox sanballı istehlakçıdır. Məncə cəlbedici olan elə budur”, - o əlavə edib. //oxu.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
PKK terror təşkilatı ləğv olunur - KİV
Dünya 21:12
PKK terror təşkilatı ləğv olunur - KİV
İrəvanda iki təyyarə qasırğa səbəbindən eniş edə bilmir
Dünya 20:10
İrəvanda iki təyyarə qasırğa səbəbindən eniş edə bilmir
ABŞ-İran danışıqlarının 4-cü raundu başa çatıb - Yenilənib
Dünya 17:49
ABŞ-İran danışıqlarının 4-cü raundu başa çatıb - Yenilənib
ABŞ dövlət katibi Türkiyəyə səfər edəcək
Dünya 17:43
ABŞ dövlət katibi Türkiyəyə səfər edəcək
Roma Papası Ukrayna və Qəzza ilə bağlı çağırış edib
Dünya 17:06
Roma Papası Ukrayna və Qəzza ilə bağlı çağırış edib
Britaniya kəşfiyyatının rəhbəri ilk dəfə qadın olacaq - KİV
Dünya 16:54
Britaniya kəşfiyyatının rəhbəri ilk dəfə qadın olacaq - KİV
Ankara Rusiya-Ukrayna danışıqlarını qəbul etməyə hazırdır - Ərdoğan
Dünya 15:15
Ankara Rusiya-Ukrayna danışıqlarını qəbul etməyə hazırdır - Ərdoğan
Rusiya Ukraynada hərbi əməliyyatları bərpa edib
Dünya 14:27
Rusiya Ukraynada hərbi əməliyyatları bərpa edib
Tramp miqrantların özünü deportasiya proqramını təsdiqləyib
Dünya 11:34
Tramp miqrantların özünü deportasiya proqramını təsdiqləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol