The Washington Times Amerikanın Azərbaycana qarşı ədalətsizliyi haqqında

13:19 | 04.06.2015
The Washington Times Amerikanın Azərbaycana qarşı ədalətsizliyi haqqında

The Washington Times Amerikanın Azərbaycana qarşı ədalətsizliyi haqqında

"Təəssüf ki, Azərbaycanın nailiyyətləri nadir hallarda etiraf edilir”.

Son zamanlar ABŞ Azərbaycan da daxil olmaqla öz müttəfiqlərinə qarşı birmənalı olmayan siyasət yeridir.

ABŞ BMT-nin Təhlükəsizlik Şurasının dörd bəyannaməsinə  Ermənistan tərəfindən məhəl qoyulmamasına və Azərbaycan torpaqlarını hələ də işğal altında saxlamasına göz yumur.

Oxu.Az xəbər verir ki, bu barədə The Washington Times-də nəşr edilmiş Kaliforniya Universitetinin professoru Norman Zagerin məqaləsində deyilir.

Müəllif Ermənistanın Azərbaycan ərazisinin 20%-ni ədalətsiz müharibədə işğal etdiyini yazır:

"O, beynəlxalq ictimaiyyətin çağırışlarına və BMT-nin Təhlükəsizlik Şurasının dörd bəyannaməsinə baxmayaraq Azərbaycan ərazisini azad etməkdən imtina edir”.

Bu gün ABŞ Rusiyanı, Gürcüstan və Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırır, amma nəyə görəsə Ermənistan tərəfindən dəfələrlə törədilmiş işğal aktlarını qınamır”, - müəllif yazır.

"Təəssüf ki, Azərbaycanın vətəndaş cəmiyyətinin qurulmasında, ölkənin rifahına istiqamətlənmiş davamlı və uzunmüddətli inkişaf üçün əsasların yaradılmasında əldə edilən nailiyyətləri çox nadir hallarda etiraf edilir”, - Zager qeyd edib.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti