Tibb sahəsində Nobel mükafatçılarının adları açıqlandı

19:20 | 02.10.2017
Tibb sahəsində Nobel mükafatçılarının adları açıqlandı

Tibb sahəsində Nobel mükafatçılarının adları açıqlandı

Bu il tibb və fiziologiya sahəsində Nobel mükafatı Cefferi Holl, Maykl Rosbaş və Maykl Yanqa verilib.

anews.az TASS-a istinadən xəbər verir ki, mükafatçıların üçü də ABŞ-da anadan olub və yerli universitetlərdə işləyirlər.

Onlar insan orqanizmində "molekulyar saat mexanizminin dövriyyəsi"ni kəşf etdikləri üçün bu mükafata layiq görülüblər.

Qeyd edək ki, oktyabrın 3-də fizika, oktyabrın 4-də isə kimya sahələrində laureatların adları açıqlanacaq. 

Nobel Sülh Mükafatına layiq görüləcək şəxsin adı oktyabrın 6-da elan olunacaq. 

Oktyabrın 9-da isə iqtisadiyyat sahəsində Nobel mükafatını qazanan alimin adı məlum olacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti