• $ 1.7
  • € 2.0054
  • ₽ 0.021663
  • ₺ 0.0427
  • £ 2.3364

Tibbi xidmətlərlə bağlı göndəriş vərəqəsi belə veriləcək

Tibbi xidmətlərlə bağlı göndəriş vərəqəsi belə veriləcək
25.01.2021 23:00
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin müvafiq qərarı ilə "İcbari tibbi sığorta çərçivəsində tibbi xidmət(lər)in göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi Qaydası” təsdiq edilib.

Qayda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinə, o cümlədən, özəl tibb fəaliyyəti ilə məşğul olan tibb müəssisələrinə tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi şərtlərini müəyyən edir.

Göndəriş vərəqəsi tibb müəssisəsində sığortaolunana tələb olunan tibbi xidmətlərin göstərilməsi mümkün olmadığı təqdirdə, həmin tibb müəssisəsinin bu xidmətləri göstərmək imkanına malik olan digər tibb müəssisəsinə verdiyi yazılı göstərişdir.

Göndəriş vərəqəsi Agentlik ilə tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmış tibb müəssisələrinə (dövlət və ya özəl tibb müəssisələri) verilə bilər.

Qaydaya əsasən tibbi göstəriş olduğu hallarda vətəndaşa göndəriş vərəqəsinin iki növü verilə bilər:

dar ixtisaslı həkim müayinəsinin və yardımçı-diaqnostik müayinələrin aparılması üçün verilən göndəriş vərəqəsi

stasionar tibbi xidmətin göstərilməsi üçün verilən göndəriş vərəqəsi.

Dar ixtisaslı həkim müayinəsinin və yardımçı-diaqnostik müayinələrin aparılması üçün dövlət tibb müəssisəsinə göndəriş  vərəqəsi ilkin səhiyyə xidməti (ailə həkimi, sahə-terapevti, sahə pediatrı) tərəfindən verilir. Dar ixtisaslı həkim də öz növbəsində  tibbi göstəriş olduğu hallarda, digər dar ixtisaslı həkim müayinəsinə və yardımçı-diaqnostik müayinələrin aparılması üçün sığortaolunana göndəriş vərəqəsi verə bilər. Vərəqəyə ambulator kitabçadan çıxarış, aparılmış müayinələrin nəticələri, zəruri hallarda digər tibbi sənədlər əlavə olunur.

Stasionar tibbi xidmətin göstərilməsi üçün dövlət tibb müəssisəsinə göndəriş vərəqəsi ilkin səhiyyə xidməti və dar ixtisaslı həkim tərəfindən verilir. Stasionar tibbi xidmətlərin göstərilməsi dövlət tibb müəssisələrində mümkün olmadığı təqdirsə isə Qaydanın müvafiq bəndlərinin tələblərinə uyğun olaraq özəl tibb müəssisəsinə göndəriş vərəqəsi verilir.

Sığortaolunan göndəriş verilən tibb müəssisəsinin qeydiyyat şöbəsinə şəxsiyyət vəsiqəsi və ona təqdim edilən göndəriş vərəqəsi ilə birlikdə müraciət etməlidir. Göndəriş vərəqəsinin etibarlılıq müddəti 10 gündür.

Göndəriş vərəqəsinin verilməsi qaydası ilə daha ətraflı tanış ola bilərsiniz.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat:Azərbaycan media məkanında islahatlara hazırlaşır
Cəmiyyət 13:49
Deputat:Azərbaycan media məkanında islahatlara hazırlaşır
Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb
Cəmiyyət 13:27
Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb
İnformasiya təhlükəsizliyi strateji məsələdir - Spikerin müavini
Cəmiyyət 13:25
İnformasiya təhlükəsizliyi strateji məsələdir - Spikerin müavini
Sabah yağış yağacaq, külək güclənəcək
Cəmiyyət 13:18
Sabah yağış yağacaq, külək güclənəcək
Deputat təklif edir ki, kazino turizmi Naxçıvan və Şahdağa da həyata keçirilsin
Cəmiyyət 13:00
Deputat təklif edir ki, kazino turizmi Naxçıvan və Şahdağa da həyata keçirilsin
Ən çox əziyyət çəkən polislər ən az maaş alır - Deputat
Cəmiyyət 12:40
Ən çox əziyyət çəkən polislər ən az maaş alır - Deputat
Deputat: Şahidlər zorla polisə aparılır, telefonları qanunsuz yoxlanılır/Video
Cəmiyyət 12:28
Deputat: Şahidlər zorla polisə aparılır, telefonları qanunsuz yoxlanılır/Video
Kapitan Aqaməli Pənahov 9 il 7 ay müddətinə azadlıqdan məhrum edilib
Cəmiyyət 11:36
Kapitan Aqaməli Pənahov 9 il 7 ay müddətinə azadlıqdan məhrum edilib
Milli Məclisin növbəti iclası başlayıb
Cəmiyyət 11:00
Milli Məclisin növbəti iclası başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol