Ticarət mərkəzindəki dağıntıda ölənlərin sayı 12-yə çatdı

10:25 | 22.11.2013
Ticarət mərkəzindəki dağıntıda ölənlərin sayı 12-yə çatdı

Ticarət mərkəzindəki dağıntıda ölənlərin sayı 12-yə çatdı

Latviyanın paytaxtı Riqa şəhərindəki “Maxima” ticarət mərkəzinin dam örtüyünün uçması nəticəsində ölənlərin sayı 12-yə çatıb.APA-nın xəbərinə görə, Latviya Daxili İşlər Nazirliyi ölənlər arasında 3 xilasedicinin də olduğunu açıqlayıb. Xəsarət alan 36 nəfər, o cümlədən 7 xilasedici xəstəxanalara çatdırılıb. Dağıntılar altında 50-yə yaxın adamın qala biləcəyi təxmin edilir. Hadisə yerində 2000-ə yaxın xilasedici və 200 polis əməkdaşı çalışır.   Qeyd edək ki, olay noyabrın 21-də yerli vaxtla saat 18.00 radələrində baş verib. Əvvəlcə binanın dam örtüyü uçub. Dağıntılar təmizlənərkən ikinci divar uçub. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM