Tiflis şəhər məhkəməsi şəhərin meri Qiqi Uqulavanı 50 min lari (29 min dollar) girov müqabilində azadlığa buraxıb.
APA-nın məlumatına görə, Qiqi Uqulava barəsində qəti imkan tədbiri seçilməsi ilə bağlı məhkəmə prosesi bir neçə saat davam edib. Baş Prokurorluq merin həbs edilməsini və onun səlahiyyətlərinin dayandırılmasını tələb edirdi.
Məhkəmənin qərarına əsasən, Uqulava girovu 30 gün ərzində ödəməlidir.
Qeyd edək ki, Tiflis meri Qiqi Uqulava Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyasının seçki kampaniyasının maliyyələşməsinə şəhər büdcəsindən 30 mln. dollaradək vəsait xərcləməkdə ittiham olunur.
APA
Bizi sosial şəbəkələrdə izləyin !