Tiflis şəhərinin erməni icması ilə gürcü şəxs arasında dava düşüb. ANS PRESS-in Gürcüstan mətbuatına istinadən veriyi məlumata görə, ermənilər Qeorgi Elibeqoy adlı şəxslə haqq-hesabı çürütmək üçün 200 nəfərlik qrupla onun yaşadığı əraziyə gəliblər. Ermənilər "Gürcü arzusu" partiyasının üzvü olan həmin şəxsin Tiflisdə yerləşən Erməni Apostol Kilsəsini təhqir etdiyini iddia ediblər. Görüş əsnasında ermənilərlə gürcülər arasında dava düşüb. İnsidentin səbəbləri araşdırılır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !