Tiflisdə İrəvan qalasının rəsmləri zirzəmidən çıxardılmışdır - TARİX

14:33 | 23.06.2014
Tiflisdə İrəvan qalasının rəsmləri zirzəmidən çıxardılmışdır - TARİX

Tiflisdə İrəvan qalasının rəsmləri zirzəmidən çıxardılmışdır - TARİX

Tiflis muzeyinin zirzəmilərində 1864-cü ildə tamamilə dağıdılmış İrəvan xanının sarayında olan rəsmlər tapılıb. İrəvan sarayına məxsus yüzlərlə rəsm, əşya və avadanlıq aşkar edilib! - Azərbaycan tarixçisi, qaçqınların və məcburi köçkünlərin hüquqlarının müdafiəsi Mərkəzinin həmsədri, Azərbaycan Milli Elmlər Akademiyasının insan hüquqları üzrə İnstitutunun doktorantı, Qərbi Azərbaycan tarixinin tədqiqatçısı Rizvan Hüseynov bu barədə açıqlama verib.

 

İrəvan xanlığı yaranmazdan əvvəl indiki Ermənistan ərazisində Çuxursəd yerləşirdi - Səfəvilər dövlətinin dörd bəylərbəyliklərindən biri. 1504-cü ildə Səfəvi Şah İsmayıl öz sərkərdəsi Rəvanqulu xana bu ərazidə qala tikməyi tapşırmışdır, - Hüseynov yazır.

 

Tapılan rəsmlərdən biri də məşhur rus rəssam-batalisti Frans Ruboya məxsusdur, bu rəsm İrəvanın müsəlman və türk keçmişini sübut edir. Rubonun rəsmində İrəvan qalası, onun məscidlərinin günbəzləri, minarələr, Xan Sarayı və şərq müsəlman geyimlərində olan sakinlər təsvir edilmişdir, - Hüseynov məqaləsində qeyd edir.

 

Kamal Əli

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti