Tiflisdə prezidentlər açıqlama verdilər - VİDEO

21:21 | 06.05.2014
Tiflisdə prezidentlər açıqlama verdilər - VİDEO

Tiflisdə prezidentlər açıqlama verdilər - VİDEO

Tiflisdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə üçtərəfli görüş keçirilib.Görüşün əsas mövzusu 3 ölkə arasında həyata keçirilən və icra olunması planlaşdırılan müxtəlif iqtisadi layihələrin müzakirəsi olub.ANS TV-nin xüsusi müxbirinin məlumatına görə, Gürcüstan-Türkiyə prezidentlərinin iştirakı ilə növbəti sammit Azərbaycanda keçirilə bilər. Bu təşəbbüslə “Tiflis-2014 sammiti”ndə Azərbaycan prezidenti İlham Əliyev çıxış edib.Gürcüstan Prezidenti Georgi Marqelaşvilinin sözlərinə görə, artıq biz öz tərəfdaşlığımızın nəticələrini görürük: “Bu layihələr ölkələrimiz arasında olan Xəzər, Qara və Aralıq dənizlərini birləşdirir. Bütün bunlar regionumuzun sabitliyinə xidmət edir. Çünki ölkələrimiz sabitliyin saxlanılmasında maraqlıdır. Hazırda hər bir tərəf əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu bir daha nümayiş etdirdi. Bu, bizim iradəmizdir".Türkiyə Prezidenti Abdulla Gül isə deyib ki, Ukraynadakı böhranı da görüşlərimizdə müzakirə etdik: “Böhranın bölgəmizdə təhlükəsizlik və sabitliyə təsir etməsi məsələsində həmfikirik. Böhrana Ukraynanın ərazi bütövlüyü çərçivəsində bir həll yolu tapılması vacibdir. Ölkədəki konstitusiya islahatı ölkənin şərq və qərbi də daxil olmaqla hər yeri əhatə etməlidir".Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hesab edir ki, bu zirvə görüşünün əsas nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan bir daha üçtərəfli formatı və bizim dostluq, tərəfdaşlıq münasibətlərimizi bir daha təsdiqlədilər. Bu çox önəmlidir, çünki bizi birləşdirən layihələr həm ölkələrimiz, xalqlarımız, həm də qonşularımız, qitə üçün əhəmiyyətlidir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür