Tikinti materiallarının istehsalçı qiymətləri ucuzlaşdı

10:09 | 17.11.2015
Tikinti materiallarının istehsalçı qiymətləri ucuzlaşdı

Tikinti materiallarının istehsalçı qiymətləri ucuzlaşdı

2015-ci ilin oktyabr ayında mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 1,6% bahalaşıb, emal sənayesi üzrə 0,8% ucuzlaşıb, su təchizatı; tullantıların təmizlənməsi və emalı və elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələri üzrə isə qiymətlərdə dəyişiklik baş verməyib. 

Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) Oxu.Az-a bildirilib. 

Komitədən verilən məlumata görə, ümumilikdə sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,2% bahalaşıb. 

"Mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft üzrə 1,6% bahalaşıb, digərlərinin qiymətləri isə sabit qalıb. Ay ərzində emal sənayesində istehsalçı qiymətləri içki istehsalı üzrə 3,5%, qida məhsullarının istehsalı üzrə 1%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,6%, mebel istehsalı üzrə 0,2% bahalaşıb. 

Kimya sənayesi üzrə 6,9%, tikinti materiallarının istehsalı üzrə 2,1%, neft məhsullarının istehsalı üzrə 1,5%, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,7%, tütün məmulatlarının istehsalı üzrə 0,1% ucuzlaşıb.  Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib”, - deyə komitədən qeyd edilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti