Bu ilin beş ayında tikinti işlərinə 1 milyard 188,2 milyon manatdan çox vəsait xərclənib.
Dövlət Statistika Komitəsindən ANS PRESS-ə bildirilib ki, ümumiyyətlə, bu il ərzində inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən 5 milyard 654,7 milyon manat məbləğində vəsait ayrılıb.
Müxtəlif mənbələrdən ayrılmış vəsaitlər hesabına yanvar-may aylarında 723,8 min kvadratmetr yaşayış sahəsi, növbədə 180 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisələri, 4548 şagird yerlik ümumtəhsil məktəbləri, 200 yerlik məktəbəqədər təhsil müəssisələri, 280 yerlik klub və mədəniyyət evləri, Bakı şəhərində 110 kilovoltluq "Ağ şəhər-1”, "Həzi Aslanov”, "Kürdəxanı” və 35 kilovoltluq 7 elektrik yarımstansiyasının tikintisi başa çatdırılaraq istismara verilib.
Bu dövrdə Bakı Olimpiya Stadionu, Su İdmanı Sarayı, Atıcılıq Mərkəzi, Velopark, Avropa Oyunları Parkı, Atletlər və Media kəndləri, Bakı Konqres Mərkəzi, "Bulvar Hotel” oteli, "Dalga Beach-Aqua Park” ailəvi istirahət mərkəzi, Beynəlxalq Avtovağzal ərazisindən Bakı dairəvi yolunu birləşdirən körpü və Stend Atıcılığı Kompleksinə gedən yol, Sumqayıt şəhərində beton məmulatı zavodu və "Alyans Tekstil” tikiş fabriki, Astara rayonunda Deqədi-Pəlikəş avtomobil yolu, Bərdə rayonunda Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolu, Qusar rayonunda "Park Chalet Shahdag” oteli və digər obyektlər istifadəyə açılıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !