“TikTok” ABŞ-də fəaliyyətini dayandırıb - Yenilənib

09:50 | 19.01.2025
“TikTok” ABŞ-də fəaliyyətini dayandırıb - Yenilənib

“TikTok” ABŞ-də fəaliyyətini dayandırıb - Yenilənib


"TikTok” ABŞ-da fəaliyyətini dayandırıb.

ABŞ-də mobil tətbiqə daxil olmaq istəyənlər müvafiq bildirişlə qarşılaşırlar:
"ABŞ-da "TikTok”un qadağan edilməsinə dair qanun qəbul edilib.
Buna görə də siz, "TikTok”dan istifadə edə bilməzsiniz”.

Xidmət "App Store”da axtarış nəticələrində görünmür, "Google Play”də isə sosial şəbəkəni yükləmək mümkündür, lakin quraşdırıldıqdan sonra proqram işləmir.

 08:50

Prezident Cozef Bayden Administrasiyasının qüvvəyə minən qadağası səbəbindən "TikTok” yanvarın 19-da ABŞ-də fəaliyyətini dayandırır.Bu barədə xarici KİV-lər xəbər verir.
 
ABŞ-də 170 milyona yaxın istifadəçisi olan xidmət bu həftə Birləşmiş Ştatlarda fəaliyyətini dayandıracağını bildirib, çünki hazırkı hakimiyyətdən fəaliyyətinin davam etdirilməsinin ona və tərəfdaşlarına cərimələrə səbəb olmayacağına dair heç bir zəmanət almayıb.

Bazar günü "TikTok” istifadəçilərinin xidmətə girişinin kəsiləcəyi və mobil tətbiqin "Apple” və "Google”dan silinəcəyi gözlənilir, çünki Amerika qanunlarına görə Ədliyyə Nazirliyi onlardan, eləcə də hostinq provayderlərindən bir istifadəçi üçün 5 min dollara qədər cərimə toplamaq hüququna sahib olacaq.

Qadağa və cərimələr istifadəçilərin özlərinə şamil olunmur.
 
CNN telekanalı qeyd edib ki, amerikalılara VPN xidmətlərindən istifadə edərək tətbiqə giriş imkanı veriləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM