"Report"un xəbərinı görə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, internetdə onlayn qumar oyunları təşkil etmə maddələri ilə Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə "Vaqa" ləqəbli Vüqar Zeynalzadə və "Nuh" ləqəbli Nuh Məmmədov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Dekabrın 25-də həmin əməllərdə təqsirli olan Azər Zahid və onun köməkçisi Rövşən Təhməzov, Emin və Rəşad Abdullayev qardaşları həbs ediliblər.
İstintaq tədbirləri davam etdirilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !