“Time” Zelenskini ilin ən nüfuzlu adamı seçib

12:38 | 20.05.2022
 “Time” Zelenskini  ilin ən nüfuzlu adamı seçib

“Time” Zelenskini ilin ən nüfuzlu adamı seçib

Ukrayna prezidenti Vladimir Zelenski Amerikanın "Time” jurnalının versiyasına görə, ilin ən nüfuzlu adamlarının illik reytinqində birinci yeri tutub.
 
2022-ci ildə dövlət başçısı 3,3 milyondan çox səs toplayaraq bu statusu qazanıb.
Zelenski 5% səslə birinci yeri tutub.
 
Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra prezident təkcə ukraynalıları deyil, həm də dünya liderlərini bir araya toplaya bilib.
 
Ukrayna prezidentinin səlahiyyət müddətindən əvvəl heç bir siyasi təcrübəsi olmayıb, eyni zamanda o, müharibə zamanı dövlətin rəhbəri kimi böyük uğurlar qazana bilib.
 
Tesla və SpaceX-in baş direktoru Elon Mask 3,5% səslə ikinci yerdə qərarlaşıblar.
 
Mask 2021-ci ilin dekabrında "Yerdə həyat və  Yerdən kənarda mümkün həyata” təsirinə görə "Time” jurnalı tərəfindən  2021-ci ilin adamı seçilmişdi.
 
Böyük Britaniyanın baş naziri Boris Conson 3,4% səslə üçüncü olub.
 
 "Time”-a görə, Covid-19 ilə davam edən mübarizədə mühüm rol oynamaqda  davam edən tibb işçiləri var.
 
ABŞ prezidenti Cozef Bayden 3,1% səslə beşinci yerdə qərarlaşıb.
 
"2022 TIME100” siyahısı "Time” redaksiyası  tərəfindən müəyyən edilir  və qaliblər mayın 23-də açıqlanacaq.
 
Cavanşir Qasımov

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb