Timoşenko xalqa səsləndi: "Geri çəkilməyin!"

11:40 | 09.12.2013
Timoşenko xalqa səsləndi: "Geri çəkilməyin!"

Timoşenko xalqa səsləndi: "Geri çəkilməyin!"

Ukraynanın həbsdə olan keçmiş baş naziri Yuliya Timoşenko həbsxanadan xalqa səslənib. Qaynar.info Ukrayna mətbuatına istinadən xəbər verir ki, Timoşünkonun qızı Kİyevdəki Maydan meydanına toplaşmış nümayişçilərin qarşısında anasının göndərdiyi məktubu oxuyub. Timoşenko qızı vasitəsilə göndərdiyi mesajında xalqdan bütün ölkə ərazisində ayağa qalxmalarını istəyib. Keçmiş baş nazir məktubunda, "Geri addım atmayın. Mübarizəyə davam edin söyləyib". Bundan başqa Timoşenko müxalifət partiyası liderlərindən iqtidarın erkən seçki qərarı verənə qədər danışıqlar masası arxasına əyləşməməyi tövsiyə edib. Qeyd edək ki, bir müddət əvvəl həbsxanada aclıq aksiyası keçirən Yuliya Timoşenko Maydan meydanına toplaşan aksiya iştirakçılarının tələbi ilə buna son vermişdi. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti