• $
  • €
  • ₽
  • ₺
  • £

Timoşenkonun kriminal aləmlə əlaqələri üzə çıxdı

Timoşenkonun kriminal aləmlə əlaqələri üzə çıxdı
29.05.2020 11:12
Ukraynanın keçmiş Baş naziri Yuliya Timoşenko Ukrayna Vahid Energetika Sistemi şirkətinin rəhbəri olarkən kriminal aləmin tanınmış avtoritetlərindən olan Semyon Moqilyoviçlə əməkdaşlıqda ittiham olunub. Axar.az xəbər verir ki, bu barədə Vikiliks saytının yaydığı yeni materiallarda bildirilib.  ABŞ-ın Kiyevdəki səfirinin 2006-cı ilin aprelin 14-də Vaşinqtona göndərdiyi hesabatda bildirilib ki, Timoşenkonun Ukrayna kriminal aləmi ilə əlaqələri ola bilər. Səfirlik buna sübut kimi, Moqilyoviçlə bağlı bütün sənədlərin Ukrayna Təhlükəsizlik Xidmətinin o vaxtkı əməkdaşları Aleksandr Turçinov (hazırda Ali Radanın sədridir - red) və Andrey Kojemyakin tərəfindən məhv edilməsini göstərib. “16 martda dərc olunmuş məqalədə Ukrayna Təhlükəsizlik Xidmətindəki mənbəyə istinadən xəbər verilirdi ki, ola bilsin informasiya silinib. Silinmə səbəbi isə bu informasiyada Timoşenkonun rəqiblərinin, o cümlədən Pyotr Poroşenkonun telefon danışıqları və ya elə Timoşenkonun özü ilə Moqilyoviç arasındakı gizli sövdələşmə haqqında dəlillərin olmasıdır. Xatırladırıq ki, sövdələşmə Timoşenkonun 1990-cı illərdə Vahid Ukrayna Energetika Sisteminə rəhbərlik etdiyi dövrdə baş tutub”, - deyə Vikiliksdə qeyd olunub. Qeyd edək ki, Serqey Şnayder adı ilə tanınan Semyon Moqilyoviç ABŞ Federal Təhlükəsizlik Bürosunun ən axtarılan cinayətkarlar siyahısında yer alır. Amerika xüsusi xidmət orqanlarının məlumatına görə, Moqilyoviç 40-a yaxın reketlik hadisəsində, müxtəlif dələduzluqlarda, çirkli pulların yuyulması və dünyanın müxtəlif ölkələrində digər iqtisadi cinayətlər törətməkdə ittiham olunur. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Dünya 23:49
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Dünya 23:00
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Dünya 22:35
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Dünya 20:19
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol