Timoşenkonunun cinayət işi xətm olundu

16:04 | 28.02.2014
Timoşenkonunun cinayət işi xətm olundu

Timoşenkonunun cinayət işi xətm olundu

     Fevralın 28-də Xarkovun Kiyev Rayon Məhkəməsi Ukraynanın sabiq baş naziri, müxalif “Batkivşina” blokunun lideri Yuliya Timoşenkoya qarşı cinayət işini dayandırıb. Qərara görə, Timoşenkonun əməlində cinayət tərkibi yoxdur.“Media forum” saytı xəbər verir ki, məhkəmə Timoşenkonunun əmlakına qoyulan həbsi də ləğv edib.Timoşenko fevralın 22-də Ukrayna parlamentinin 21 fevral qərarı əsasında sərbəst buraxılıb. O, 2011-ci ildə 7 il müddətinə azadlıqdan məhrum olunmuşdu. Məhkəmə sabiq baş naziri 2009-cu ildə Rusiya ilə qaz müqaviləsi imzalayarkən vəzifə səlahiyyətlərini aşaraq Ukrayna dövlətinə təqribən 187 milyon dollar zərər vurmaqda təqsirli bilmişdi.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM