Tofiq Qasımov haqda maraqlı məlumatlar – Son FOTOsu

11:26 | 29.01.2020
Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Qasımov İsveçrədə dəfn olunub. 

Yenisabah.az xəbər verir ki, ailə üzvləri də İsveçərədə yaşadığına görə onun nəşinin Azərbaycana gətirilməsi məqsəduyğun hesab edilməyib.

Tofiq Qasımov 10 aprel 1938-ci ildə Ağstafa rayonunda olub. Əslən Ağdaşın Ləki kəndindəndir. 1945-1955-ci illərdə Ağstafa dəmir yol məktəbində oxuyub. 1955-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində təhsil alıb. Universiteti 1960-cı ildə Stalin təqaüdçüsü kimi bitirib və Elmlər Akademiyasının Fizika İnstitutuna işə göndərilib. Leninqrad şəhərində SSRİ Elmlər Akademiyasının Fizika-Texnika İnstitutunda aspirant olub və 1969-cu ildə Leninqrad Yarımkeçiricilər İnstitutunun elmi şurasında namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi adı alıb. 1970-ci ildən Azərbaycan EA-nın Fizika İnstitutunun elmi işçisi olub. 100-ə qədər elmi əsərin müəllifidir.

1987-ci ildən siyasətlə məşğul olan Tofiq Qasımov Bakı Alimlər Klubunun yaradılmasının təşəbbüskarlarından və onun proqram və nizamnaməsinin müəlliflərindən biri olub.

1988-ci ilin mart-may aylarında Azərbaycan Milli Elmlər Akademiyasının bir neçə əməkdaşı ilə birlikdə Azərbaycan Xalq Cəbhəsinin Proqramının hazırlanmasında iştirak edib. 1989-1990-cı illərdən Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətinin üzvü olub.

Azərbaycan SSRİ xalq deputatı seçilən Tofiq Qasımov Azərbaycan SSR Ali Sovetinin 1990-cı ilin yanvarın 22-də çağırılmış fövqəladə sessiyasının işində iştirak edib. Həmin sessiyada Sovet Ordusu və Daxili Qoşunlarının Bakıda törətdikləri cinayətləri tədqiq etmək üçün yaradılmış Azərbaycan Ali Sovetinin İstintaq Komissiyasına üzv seçilib.

Azərbaycandan olan SSRİ Xalq Deputatları ilə iş aparmaq üçün AXC-nin İdarə Heyəti tərəfindən Moskvaya ezam edilib. Orada olduğu müddətdə 100-dən çox xarici televiziya, radio və mətbuat nümayəndələrinə 20 Yanvar hadisələri, məcburi köçkünlər və Azərbaycanla bağlı digər olayların mahiyyətini açıqlayıb.
1992-ci ilin iyulunda Xarici İşlər naziri təyin olunan Tofiq Qasımov 1993-cü ilin iyun ayına qədər qədər bu vəzifədə işləyib. 

Tofiq Qasımov ailəsi birgə İsveçrənin Lütsern şəhərində yaşayırdı.

Yenisabah.az onun son fotosunu təqdim edir. Foto 2016-cı ildə çəkilib.


www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM

Xəbər lenti