Tofiq Yaqublu bu gündən aclıq aksiyasına başlayıb- FOTOLAR

15:51 | 02.09.2020
Tofiq Yaqublu bu gündən aclıq aksiyasına başlayıb- FOTOLAR

Tofiq Yaqublu bu gündən aclıq aksiyasına başlayıb- FOTOLAR

Sentyabrın 2-si Nizami Rayon Məhkəməsində Tofiq Yaqublunun növbəti məhkəmə prosesi keçirilib.  Anews.az xəbər verir ki, məhkəmə zamanı Tofiq Yaqublu bu gündən aclıq aksiyasına başlayacağını bildirib. Buna səbəb onun məhəmənin gedişi və dövlət ittihamçısı tərəfindən tələb edilən 4,6 il müddətində həbs cəzasının verilməsi barədə qərarı ilə razılaşmamasıdır.
 
Tofiq Yaqublu Cinayət məcəlləsinin silahdan və ya silah qismində istifadə olunan əşyalar vasitəsilə xuliqanlıq etməyi nəzərdə tutan maddəsi ilə ittiham olunur. 

Belə ki,  martın 22-si paytaxtın Nizami rayonu ərazisində Tofiq Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil Elxan Cəbrayılov adlı vətəndaşın  "VAZ-2107" markalı avtomobili ilə toqquşub. 

Elxan Cəbrayılov və hadisə zamanı maşında olan həyat yoldaşı Cəvahir Cəbrayılova Tofiq Yaqublunun onları yumruq və vint açanla vuduğunu bildirib. Bununla əlaqədar Tofiq Yaqublu saxlanılıb. 
 
Yaqublu özünə qarşı açılan cinayət işini saxta adlandıraraq  ona  böhtan atıldığını deyib. Tofiq Yaqublunun qızı Nigar Həzi də bütün ittihamları inkar edib.
 
Məhkəmə prosesi bitdikdən sonra bir sıra siyasi fəal siyasi məhbuslara dəstək məqsədilə məhkəmənin qarşısında aksiya keçirib.  
 
Samirə Əliyeva







www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM