Tofiq Yaqublunun həbs müddəti uzadılıb

14:52 | 01.06.2024
Tofiq Yaqublunun həbs müddəti uzadılıb

Tofiq Yaqublunun həbs müddəti uzadılıb

Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbsdə saxlanma müddəti uzadılıb.

"Qafqazinfo” xəbər verir ki, bununla bağlı onun qızı Nigar Həzi sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədova prokurorun vəsatətini təmin edib.

Qərara əsasən, Tofiq Yaqublu barəsində həbs qətimkan tədbirinin müddəti 20 gün uzadılıb.

Tofiq Yaqublu Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə ittiham edilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM