Qazaxıstan prezidenti Azərbaycanla Ermənistan arasında bağlanacaq sülh müqaviləsi üçün platforma təqdim etməyə hazır olduğunu bəyan edib. Bu barədə Qazaxıstan mətbuatı Tokayevlə İlham Əliyevin danışığına istinadla yazıb.
Tokayev Astanada keçiriləcək V Ümumdünya Köçəri Oyunlarına nümayəndəli idman nümayəndə heyətini göndərdiyinə görə Əliyevə təşəkkür edib.
Mayın 10-da Almatıda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ölkələr arasında sülh sazişinin əldə olunması yollarını müəyyən etmək üçün danışıqlar aparıblar.
Bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da bəyan edib ki, Ermənistan artıq sülh sənədini Azərbaycan tərəfinə göndərib. Nazir bildirib ki, sənəddə qeyd olunan bəndlər üzrə razılaşmalar əldə olunub.
Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, sülh sənədi layihəsinin 80%-i artıq razılaşdırılıb. Sadəcə açıq qalan 2 məsələ var.
Hazırda iki ölkə arasında danışıqlar prosesi davam edir.
Mətbuatda Kazanda keçiriləcək BRİKS sammitində İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşəcəyi ilə bağlı məlumatlar da yayılıb.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !