TOKİO-2020: Azərbaycanın 3-cü medalı

15:02 | 03.08.2021
Azərbaycan Tokio Olimpiadasında 3-cü medalı qazanıb. Əvvəlkilər kimi bu mükafatın da əyarı bürüncdür.


Bu medal həm də Ermənistan idmançısı üzərində qələbə ilə əldə edildiyi üçün əlamətdardır.


Belə ki, yunan-roma güləşində çıxış edən Rafiq Hüseynov (77 kq) 3-cü yer uğrunda görüşdə Ermənistan təmsilçisi Karapet Çalyana 4:1 qalib gələrək bürünc medala sahib çıxıb.


Rafiqdən əvvəl isə idmançılarımızdan İrina Kindzerska (cüdo) və Alfonso Dominges (boks) də eyni uğura imza atıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM